Böyük Britaniyanın Baş naziri yenidən Kiyevdə
CONSON ZELENSKİYƏ NƏLƏR VƏD ETDİ?

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevə səfərə gələn Böyük Britaniyanın Baş naziri Boris Consonla görüşüb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ukrayna Prezidenti  Ofisinin mətbuat xidməti məlumat yayıb.

 

Ukrayna dövlət başçısı qeyd edib ki, danışıqlar mümkün qədər məzmunlu və mühüm detallarla dolu olub. 

 

“Biz cəbhə xəttində, dövlətimizin cənubunda mövcud vəziyyəti, Ukraynanı qorumaq imkanlarımızı ətraflı müzakirə etdik. Qələbəyə doğru necə irəliləmək barədə ümumi fikir var”, - Prezident vurğulayıb.

 

Zelenski Consona Ukraynanın silah ehtiyaclarını başa düşdüyünə görə təşəkkür edib.

 

“Bu gün əsas məsələ həm də Ukraynanın hava hücumundan müdafiəsini təmin etməkdir. Biz o istiqamətdə irəliləməyə başladıq. Rusiya raketləri xalqımız üçün, bütün Ukrayna ərazisi üçün təhlükə olaraq qalır. Rusiya ordusu tərəfindən raket zərbələrinin böyük əksəriyyəti sadə insanlara, mülki infrastruktura - yaşayış binalarına, məktəblərə, xəstəxanalara, universitetlərə, nəqliyyata endirilir”, - Ukrayna lideri qeyd edib.

 

Danışıqlar zamanı tərəflər Böyük Britaniyanın Ukraynanın maraqlarını irəli sürdüyü "Ramşteyn" formatında üçüncü görüşün nəticələrinə toxunublar.

 

Boris Conson əmin edib ki, ölkəsi bundan sonra da Ukraynanı silahla təmin etməyə, onlardan istifadə üçün hərbçilərin təlimini təşkil etməyə hazırdır.

 

Qeyd edək ki, bu, Consonun Ukraynada tammiqyaslı müharibə başlayandan indiyədək ikinci səfəridir.

 

O, apreldə Kiyevə səfər edən G7 ölkəsinin ilk lideri olub.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.