Azərbaycan minaatanları Ukrayna ordusuna necə gedib çıxıb? – ERMƏNİLƏRİN YAYDIĞI TƏXRİBAT XARAKTERLİ BİR YALANIN İZİ İLƏ

 

Bu gün Rusiyanın bir sıra teleqram kanalları erməni mənbələrinə istinadən Azərbaycanın Ukraynaya Zaporojye vilayətində Rusiya ordusu ilə döyüşlərdə Ukrayna Silahlı Qüvvələrinin istifadə etdiyi Azərbaycan istehsalı olan 82 millimetrlik 20N5 minaatanlarının partiyasını satması barədə məlumat yayıblar. 

 

Senzor.az haqqin.az-ın redaksiya məqaləsinə istinadən bildirir ki, bu minaatanların istehsalına Azərbaycan hərbi sənaye kompleksi tərəfindən təxminən on il bundan əvvəl başlanılıb. Beynəlxalq sərgilərdə dəfələrlə nümayiş etdirilən 20N5 minaatanları xarici analoqlarından daha kiçik qabariti və uzaq məsafələrdə hədəfləri vurmaq qabiliyyəti ilə fərqlənir. Optik nişangahı olmayan bir ədəd 20N5 minaatanın çəkisi 47,5 kq, atəş məsafəsi 5000 metrdən çoxdur, onu asanlıqla söküb bir yerdən başqa yerə aparmaq olur. Azərbaycan minaatanları həmçinin NATO çaplı raketlərin (81/82 mm) atəşə tutulması üçün uyğunlaşdırılıb ki, bu da bu silahların ixrac oluna biləcəyi ölkələrin potensial siyahısını genişləndirir.

 

Bir neçə il əvvəl Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi bu minaatanların bir sıra ölkələrə ixracı ilə bağlı danışıqlar apardığını açıqlamışdı. 2015-ci ildə mərhum müdafiə sənayesi naziri Yavər Camalov jurnalistlərə demişdi ki, İraqa 500 ədəd 20N5 minaatan ixracına dair razılıq əldə olunub.

 

Haqqin.az-ın məlumatına görə, Azərbaycan BMT-nin silahlara nəzarət rejiminin tələblərinə uyğun olaraq və bunun üçün müvafiq sertifikata malik olmaqla, 20H5 minaatanlarını Yaxın Şərqin bir sıra ölkələrinə də satır.

 

Rəsmi mənbələrdən sayta daxil olan məlumata görə, Azərbaycan heç vaxt Ukraynaya heç bir silah növü, o cümlədən 20N5 minaatanları satmayıb və ötürməyib. Yəni erməni mənbələrinin yaydığı məlumatların heç bir real əsası yoxdur və açıq-aşkar  təxribat xarakteri daşıyır.

 

Azərbaycan istehsalı olan minaatanların Ukrayna ordusunun əlinə necə keçə biləcəyi ilə bağlı saytın sualını cavablandıran Azərbaycanın səlahiyyətli orqanlarından birinin nümayəndəsi bildirib ki, Azərbaycanın 20N5 minaatanlarını satdığı ölkələrdən hansınınsa müvafiq sertifikat qaydalarını pozduğunu və onları Ukraynaya satdığını istisna etmir. Xüsusən də nəzərə alınsa ki, dünya silah bazarında belə praktika demək olar ki, adi haldır.

 

Məsələn, məlumdur ki, Rusiyada istehsal olunan və ya lisenziyası olan silah və hərbi texnika bu gün Şərqi Avropanın bütün ölkələri tərəfindən Ukraynaya verilir. O başqa məsələdir ki, sertifikat tələblərinin kobud şəkildə pozulması ilə bağlı Rusiyanın iddialarına heç kim əhəmiyyət vermir.

 

Necə deyərlər, müharibə müharibədir və burada hər şey mümkündür!

 

Məsələn, Polşa artıq Ukraynaya 230 T-72 tankı verib. Əgər erməni mediasının məntiqi ilə düşünsək, belə çıxır ki, Rusiya ilə müharibədə Ukrayna ordusu... Rusiyanın özü tərəfindən silahlandırılır?

 

Yaxud ondan heç də az paradoksal olmayan digər misal: bildiyiniz kimi, ABŞ-ın vaxtilə Əfqanıstan hökumətinə verdiyi silahlar sonradan Talibanın əlinə keçdi. Həm də Kabildə amerikapərəst hökumət devrilməmişdən əvvəl. Bu o deməkdirmi ki, ABŞ rəsmi olaraq terror təşkilatı sayılan bir təşkilatı öz əlləri ilə silahlandırıb?

 

Onu da deyək ki, bu, erməni mənbələrinin postsovet məkanında ictimaiyyəti belə primitiv üsulla çaşdırmağa çalışdığı,  Azərbaycanın guya Ukraynanı gizli şəkildə silahlandırdığı barədə iddialar irəli sürməklə Rusiya-Azərbaycan münasibətlərinə xələl gətirməyə çalışdığına dair ilk fakt deyil.

 

İş o yerə çatıb ki, onlar tamamilə sərsəm yalan uydurublar ki, guya Bakı özünün “Bayraktar” pilotsuz təyyarələrinin bir hissəsini Ukrayna Silahlı Qüvvələrinə satıb və ya verib. Amma nədənsə bu “sensasiya”nın müəlliflərindən heç birinin ağlına belə bir sual gəlməyib ki, Ukrayna onları birbaşa “Bayraktar” pilotsuz təyyarələrini istehsal edən Türkiyədən alırsa, bu, Azərbaycanın nəyinə lazımdır?

 

Sayt sonda belə qənaətə gəlir ki, görünür, onların fantaziyalarının xəstə xarakteri elə buradan qaynaqlanır...

 

Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.