
Bu ilin 5 ayında Azərbaycanın neft və qaz ixracından əldə etdiyi valyuta gəlirləri, demək olar ki, bərabərləşib.
Senzor.az bildirir ki, bunu Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Azərbaycanın 2022-ci il dövlət büdcəsi haqqında” yenilənmiş qanun layihəsinin müzakirəsi zamanı komitənin sədri Tahir Mirkişili deyib.
Komitə sədri qeyd edib ki, bu, tarixdə ilk dəfə baş verib: “Bu həm də qazın qiymətlərinin yüksək olması ilə bağlıdır. Bu ilin 5 ayı ərzində Mərkəzi Bank tərəfindən bizə təqdim olunan tədiyyə bazarında neft ixracından 3,8 milyard dollara yaxın, qaz ixracından 3,5 milyard dollar yaxın gəlir əldə olunub”.