
Qərb tərəfdaşları bilməlidirlər ki, Rusiya Prezidenti Vladimir Putinə Ukrayna məsələsində güzəştlər yalnız fəlakətlə nəticələnəcək.
Rbc.ua-nın məlumatına görə, bunu Britaniyanın baş nazir Boris Conson deyib.
"Biz heç kimin Putinə güzəştlərin fəlakətdən başqa nəyəsə gətirib çıxaracağına inanmasına imkan verməməliyik. Çünki bu, əsassız təcavüzün mükafatı kimi qəbul edilə bilər və təkcə Rusiyanı deyil, həm də onun müttəfiqlərini həvəsləndirəcək. Böyük Britaniyanın təhlükəsizliyinə və iqtisadiyyatımıza təsir edəcək”, - deyə o, bəyan edib.
Boris Conson Böyük Britaniyanin Ukraynanı qətiyyətlə dəstəkləyəcəyini bir daha təkrarlayıb.