Ombudsman 30 minə təyyarə icarəyə götürüb? - RƏSMİ AÇIQLAMA

Bəzi kütləvi informasiya vasitələrində Ombudsman Səbinə Əliyevanın 30 min manata təyyarə icarəyə götürməsi ilə bağlı iddialar yayılıb. Bildirilib ki, İnsan Hüquqları üzrə Müvəkkil təyyarəni 23-31 may tarixləri arasında icarəyə götürüb və hava gəmisi Bakı-Füzuli-Bakı istiqamətində səfər edib.

 

Senzor.az bildirir ki, Ombudsman Aparatı məsələ barədə açıqlama yayıb.

 

Açıqlamada deyilir: “Yayılmış iddialarla əlaqədar bildirmək istərdik ki, qeyd olunan məlumat həqiqəti əks etdirmir və ölkəmizdə insan hüquqları sahəsində aparılan islahatları, həmçinin Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətləri hər zaman dünya ictimaiyyətinə çatdıran Müvəkkilin fəaliyyətinə kölgə salmaq məqsədi daşıyır.

 

Kütləvi informasiya vasitələri nümayəndələrinə müraciət edərək, bu cür qərəzli və əsassız məlumatların yayımlanmasından çəkinməyi tövsiyə edirik. Yekunda bildirmək istərdik ki, Azərbaycan Ombudsmanı bundan sonra da üzərinə düşən vəzifələri şərəflə yerinə yetirməyə davam edəcək”.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.