Polşa Prezidenti: “Putini Qərblə dialoq istəməyə məcbur etməliyik”

“Vladimir Putinlə danışıqlar aparmaq olar, amma bu təşəbbüsü Qərb yox, Rusiya Prezidentinin özü göstərməlidir”.

 

“Ukrainskaya pravda”nın yazdığına görə, bunu Polşa Prezidenti Andjey Duda Varşavada öz ölkəsinin diplomatları ilə görüşündə deyib.

 

“Söhbət Putinlə danışmamaqdan getmir. Söhbət Putinin özünün danışmaq istəməsindən gedir, Avropa liderlərinin onun danışmasını istəməsindən deyil. Biz onun (Rusiyanın) vintləri elə sıxıb, Ukraynaya elə kömək etməliyik ki, Putin özü danışıqların baş tutmasını istəsin”, - deyə Polşa Prezidenti qeyd edib.

 

O həmçinin əlavə edib ki, Rusiyaya qarşı sanksiyalar Ukrayna onların ləğv oluna biləcəyini bildirənə qədər qüvvədə olmalıdır, Qərb isə anlamalıdır ki, Moskva ilə əvvəlki kimi iş görmək artıq mümkün deyil.

 

“Rusiyanı alçaltmağın yolverilməz olduğunu, ona simasını saxlamağa icazə vermək lazım olduğunu eşitmək utancvericidir. Hücum edən və öldürən Rusiyadır, Rusiyaya heç kim hücum etməyib. Londonda onilliklər ərzində baş verən qətllər kontekstində Rusiyanın NATO təhdidləri haqqında hekayələri, Ukraynada müharibə, daha əvvəl Gürcüstan və Suriyada müharibələr iyrənc təbliğatdır. Bu müharibəyə görə məsuliyyət daşıyan Rusiyadır və Ukraynadan Afrikaya, həmçinin dünyanın digər bölgələrinə taxıl çatdırmaq mümkünsüz olduğu üçün dünyada aclığın yaranması ehtimalına görə məsuliyyət daşıyacaq”, - deyə Duda vurğulayıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.