Azərbaycanda güclü sel maşınları apardı, evlərə su doldu - FHN ƏHALİYƏ ÇAĞIRIŞ ETDİ
VİDEO, FOTO

Goranboyda güclü yağış bir sıra fəsadlarla nəticələnib.

 

Senzor.az bildirir ki, bu gün rayonun Ağcakənd qəsəbəsinə güclü sel gəlib.

 

Belə ki, sel suları səbəbindən qəsəbənin yolunda avtomobillərin hərəkəti çətinləşib.

 

Bir neçə avtomobili selin apardığı, evlərə su dolduğu və hazırda yağışlı hava şəraitinin davam etdiyi qeyd edilir.

 

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) də məlumat yayıb. Məlumatda deyilir ki, FHN tərəfindən əvvəlcədən xəbərdarlıq edildiyi kimi, bu gün gündüz saatlarından başlayaraq respublikanın bir sıra ərazilərində hava şəraiti dəyişib, yağıntılı hava müşahidə olunub.

 

Bəzi yerlərdə yağış xüsusilə intensiv xarakter alıb və müəyyən fəsadlar törədib. Belə ki, nazirliyin 112 - qaynar telefon xəttinə daxil olan məlumata əsasən, güclü yağış nəticəsində Goranboy rayonunun Ağcakənd kəndindən qısamüddətli sel keçib və bəzi əraziləri su basıb.

 

Hadisə ilə bağlı dərhal aidiyyəti qurumlar məlumatlandırılıb, FHN-in müvafiq qüvvələri əraziyə cəlb olunub.

 

Hazırda göstərilən ərazidə selin fəsadlarının aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülür.

 

Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək davam edən qeyri-sabit hava şəraiti ilə əlaqədar zəruri təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.