İstanbulda azərbaycanlı öldürüldü - FOTO

İstanbulun Başakşehir rayonunda Azərbaycan vətəndaşı Mübariz Nuriyevin meyiti tapılıb. 

 

Senzor.az bildirir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

 

Meyit Başakşehir ərazisindəki Olimpiya Stadionunun yaxınlığında tapılıb. Hadisə şahidləri bildiriblər ki, gecə saatlarında naməlum avtomobil stadionla üzbəüz meşəlik əraziyə daxil olub. Avtomobildəki şəxslər ora paketə bükülmüş nəsə ataraq ərazidən tələsik uzaqlaşıblar. Bükülüdə meyit oldğunu görən insanlar dərhal polisə məlumat veriblər.

 

İlkin araşdırma zamanı meyitin Azərbaycan vətəndaşı Mübariz Nuriyevə məxsus olduğu məlum olub. Hüquq-mühafizə orqanları, həmçinin müəyyən ediblər ki, Nuriyevin qatili kürəkəni X.S.-dir. 

İstanbul polisindən verilən məlumata görə, M.Nuriyev boynunun arxasına   açılmış atəş nəticəsində ölüb. Onun bədənində döyülmə izləri də aşkar edilib.

 

Meyit lazımi prosedurlardan keçirilməsi  üçün təcili yardım briqadası tərəfindən xəstəxanaya aparılıb. 

Müşahidə kameralarını araşdıran polis müəyyən edib ki, meyit tapıldığı yerə  M.Nuriyevin kürəkəni tərəfindən atılıb. Onun evində axtarış zamanı  qayınatasını öldürdüyü tapança da tapılıb.

 

Şübhəli şəxslə bağlı araşdırmalar davam etdirilir.

 

Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.