Əli Əliyevin həbs müddəti artırıldı
10 GÜN SONRA AZADLIĞA ÇIXMALIYDI

Hazırda həbsdə olan Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevin cəza müddəti artırılıb.

 

"Qafqazinfo" xəbər verir ki, onun barəsində Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi Rayon Təşkilatının keçmiş sədr əvəzi Ramiz Göyüşov tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətə Yasamal Rayon Məhkəməsində baxılıb. Hakim Rəşad Cavadzadənin sədrliyi ilə keçirilən prosesdə Ə.Əliyevə 6 ay həbs cəzası verilib.

 

Hökmdə qeyd edilib ki, Əli Əliyevin əvvəlki cəzaları birləşdirilib və o, ümumilikdə 1 il müddətə azadlıqdan məhrum edilib. Əvvəlki hökmə əsasən, partiya sədri 10 gün sonra azadlığa çıxmalı idi. Hazırki hökmə görə isə o, 2023-cü il yanvarın 13-ə qədər həbsdə qalmalıdır. 

 

Qeyd edək ki, VİP sədri 2021-ci il noyabrın 30-da qəzaya uğrayan DSX helikopterində sağ qalan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilovun şikayəti əsasında 6 ay müddətinə azadlıqdan məhrum olunmuşdu. Hərbçilər VİP sədrinin onların barəsində böhtan xarakterli çıxışlar etdiyini iddia edirdil’r.

 

R.Göyüşov isə VİP sədrini onun şərəf və ləyaqətinə toxunan ifadələr işlətməkdə ittiham edirdi.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.