Ukrayna və Moldova Aİ-yə üzvlüyə namizəd statusu aldılar, Gürcüstana tövsiyə verildi - PREZİDENTLƏRDƏN REAKSİYA
FOTO

Avropa İttifaqı (Aİ) Ukrayna və Moldovaya üzvlüyə namizəd statusu təqdim edib.

 

Senzor.az bildirir ki, bu barədə Aİ Şurasının Prezidenti Şarl Mişel “Tvitter” hesabında məlumat verib.

 

O, Ukrayna və Moldova prezidentləri - Volodimir Zelenski və Maria Sandunu qəbul olunan qərar münasibətilə təbrik edib.

 

Ş.Mişel qeyd edib ki, Gürcüstanın Avropa perspektivi tanınıb və ölkəyə Aİ-yə üzvlüyə namizəd statusu prioritetlərin yerinə yetirilməsindən sonra veriləcək: “Gürcü xalqını təbrik edirəm. Aİ-Gürcüstan münasibətlərində tarixi məqam: Gürcüstanın gələcəyi Aİ daxilindədir”.

 

Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqı liderlərinin Ukraynaya namizəd statusu verilməsi qərarını alqışlayıb. 

“Mən Aİ liderlərinin Ukraynaya namizəd statusu verilməsi qərarını səmimiyyətlə alqışlayıram. Bu, Ukrayna ilə Aİ arasında münasibətlərdə unikal və tarixi məqamdır”, - deyə Ukrayna Prezidenti “Tvitter”də yazıb.

 

Moldova Prezidenti Maya Sandu da Avropa Şurasının ölkəyə Avropa İttifaqına üzvlüyünə namizəd ölkə statusu verilməsi barədə qərarını tarixi hadisə adlandırıb.

 

Aİ liderlərinin qərarına Tbilisidən də reaksiya verilib. Qeyd olunub ki, Gürcüstan Avropa Şurası tərəfindən onun Avropa perspektivini tanıdıqdan sonra Avropa İttifaqına namizəd üzv statusu almaq üçün növbəti aylarda işləməyə hazırdır. 

“Tarixi gün. Gürcüstanın Avropa perspektivi tanınıb. İndi biz namizəd statusunu əldə etmək üçün növbəti aylarda əzmlə işləməyə hazırıq”, - deyə Gürcüstanın dövlət başçısı Salome Zurabişvili “Tvitter”də yazıb.

 

Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.