
ABŞ Türkiyənin Suriyanın şimalında PKK/YPG kürd terror qruplaşmalarına qarşı daha əvvəl elan etdiyi yeni hərbi əməliyyatla bağlı növbəti addım atıb.
Senzor.az bildirir ki, bu barədə Livanın “Al-Mayadeen” telekanalı məlumat yayıb.
Qeyd olunub ki, Suriyanın İordaniya və İraqla sərhədində yerləşən və ABŞ-ın dəstəklədiyi "Maqavir al-Taura" (İnqilabçı Komando Ordusu) qruplaşması kürdlərə dəstək üçün Ərəb Respublikasının şimalına göndərilib.
Vurğulanıb ki, PKK/YPG yaraqlılarından ibarət Suriya Demokratik Qüvvələri Türkiyənin hərbi əməliyyatları nəticəsində bölgədən geri çəkilmək məcburiyyətində qalarsa, İnqilab Komandoları ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələrinə dəstək verəcək. 
Haqqin.az xatırladır ki, "Maqavir al-Taura" 2016-cı ildə yaradılıb və Suriyanın şərqində yerləşir. Bu ilin aprelində Konqresdə aparılan müzakirələr zamanı bu qrupa dəstək xərcləri ABŞ büdcə layihəsinin xərclər maddəsinə daxil edilib.
Layihədə qeyd edilir ki, ABŞ-ın rəhbərlik etdiyi koalisiya Suriya Demokratik Qüvvələri və İnqilabçı Komando Ordusunun dəstəyi ilə Suriyanın şimalında İŞİD-ə qarşı mübarizə aparır.
Senzor.az