"Müharibənin gedişi Putinin səhhətindən asılı olacaq"
UKRAYNA KƏŞFİYYATI

“Rusiya Prezidenti Vladimir Putin başa düşür ki, Ukraynadakı müharibə Rusiyanın çöküş müharibəsi olacaq".

 

UNİAN xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Vadim Skibitski deyib.

 

“Putin Rusiya imperiyası ilə, Rusiyanı Avropaya gətirən I Pyotrla tarixi paralellər aparır. O, artıq Rusiya ilə İsveç arasında 21 il davam edən müharibədən danışır. Yəni o, artıq başa düşür ki, başlatdığı bu müharibə onun istədiyi kimi iki həftəyə bitməyəcək. O, başa düşür ki, bu, bizim başa düşdüyümüz kimi, çöküş müharibəsi olacaq" - o söyləyib. 

V.Skibitski hesab edir ki, yaxın gələcəkdə nə Rusiyada dövlət çevrilişi, nə də V.Putinin mövqeyində dəyişiklik baş verəcək: “Bu, ən azı bu ilin sonuna qədər belə olacaq. Hər şey onun səhhətinin vəziyyətindən asılı olacaq. Amma bu da, təxminən, 2-3 illik məsələdir. Hər halda zaman Rusiyanın əleyhinə işləyir”. 

“Report” xatırladır ki, ondan əvvəl Böyük Britaniyanın Baş naziri Boris Conson da V.Putinin danışıqlar aparmaq istəmədiyini, lakin Ukraynanın iri şəhərlərində “yeni Qroznı”lar yaratmaq niyyətində olduğunu bildirmişdi.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.