“Gürcüstan hökuməti Gürcüstan Prezidentinə qarşı”
KONSTİTUSİYA MƏHKƏMƏSİ İDDİANI QƏBUL ETDİ

Ölkənin Konstitusiya Məhkəməsi “Gürcüstan hökuməti Gürcüstan Prezidentinə qarşı” iddiasına baxacaq.

 

Konstitusiya iddiasına məhkəmənin Plenumunda baxılması məqsədəuyğun hesab edilib.

 

Məhkəmənin qərarında bildirilib ki, Gürcüstan hökuməti iyunun 10-da konstitusiya şikayəti təqdim edib. İddiada səfirlərin və diplomatik missiyaların rəhbərlərinin təyinatı və vəzifədən azad edilməsi ilə bağlı hökumət və Gürcüstan Prezidenti arasında səlahiyyətlərin bölünməsi tələb olunur. 

Gürcüstan hökuməti bildirib ki, Konstitusiya Gürcüstan Prezidentinə ölkənin daxili və ya xarici siyasətinin həyata keçirilməsində iştirak etmək səlahiyyətini vermir. Bu müstəsna səlahiyyət Gürcüstan hökumətinə məxsusdur.

 

“Report” xatırladır ki, Konstitusiya Məhkəməsinə müraciətin səbəbi Prezidentin hökumətin təqdimatı ilə bir sıra ölkələrə səfir təyinatından imtina etməsi olub. Gürcüstanın Prezident Administrasiyasından iddiaya cavab olaraq isə bildirilib ki, 2021-ci ilin yanvarın 1-dən 2022-ci ilin martın 21-dək olan dövrdə hökumət səfir və diplomatik missiya rəhbərləri vəzifəsinə 12 namizəd təqdim edib və dövlət başçısı onların hamısının təyinatı haqqında fərman imzalayıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.