Rusiya Kiyevi ən bahalı raketi ilə atəşə tutub - XƏZƏR DƏNİZİNDƏN

Bu gün Kiyevə edilən və nəticədə mülki şəxslərin xəsarət aldığı hücum Rusiyanın Xəzər dənizi regionundan yüksək dəqiqliyə malik və ən bahalı raketləri ilə həyata keçirilib.

 

Bunu Ukrayna ordusunun Hərbi Hava Qüvvələrinin spikeri Yuri İqnat Ümumkrayna telemarafonunun efirində deyib.

 

Onun sözlərinə görə, Kiyev vilayətinə bugünkü hücum üçün Rusiya ordusu Xəzər dənizi regionlarından strateji aviasiyadan istifadə edib.

 

“Həştərxan vilayətində havaya qalxan əsas raketlər X-101-dir. O, 5 500 kilometr məsafəyə uça bilir”, - o bildirib.

 

İqnat bildirib ki, bu gün səhər 4-dən 6-dək raket buraxılıb, onlardan ikisi hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub. 

 

O vurğulayıb ki, X-101 raketi Rusiya ordusunda olan ən yüksək dəqiqliyə malik və ən bahalı raketdir.(“Report”)

 







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.