Baydenin Telman İsmayılovla məxfi danışıqları
“NEW YORK POST” GİZLİNLƏRİ AÇIR

ABŞ Prezidenti Cozef Bayden Obama administrasiyasında vitse-prezident vəzifəsində çalışarkən onun oğlu Hunter Bayden, Telman İsmayılov da daxil olmaqla, Kremlə yaxın 4 rus oliqarxı ilə görüşüb. 

 

Senzor.az bildirir ki, bu barədə “New York Post” məlumat yayıb.

 

Nəşr qeyd edir ki, 2019-cu ildə Hunter Bayden noutbukunu təmir üçün Delaverdəki sexlərdən birinə verib, bundan sonra vitse-prezidentin oğlunun sərt diskindən məlumatlar müəmmalı şəkildə mətbuata sızıb.

 

Həmin məlumata görə, 2012-ci il fevralın 17-də Hunter Bayden Moskvada “AST” Şirkətlər Qrupunun ofisində azərbaycanlı oliqarx Telman İsmayılovla görüşüb. Onların söhbətinin məzmunu sirr olaraq qalır, lakin məlumdur ki, Hunter Rusiya paytaxtında öz investisiya şirkəti üçün kapital toplamaq üçün olub.

 

Telman İsmayılovun vəkili “New York Post”un sorğusuna cavab verməyib.

 

Qəzet onu da yazır ki, kiçik Bayden Moskvada olarkən T.İsmayılovdan başqa “Rostex” korporasiyasının baş direktoru Sergey Çemezov, “Sistema” maliyyə korporasiyasının prezidenti Vladimir Yevtuşenkov və “Taşir” qrupunun rəhbəri, erməni milyarder Samvel Karapetyanla da görüşüb. 

 

Eyni sərt diskdən alınan məlumatlara görə, Moskvadan ABŞ-a qayıtdıqdan beş gün sonra, 22 fevral 2012-ci ildə  Hunter Bayden atası ilə görüşüb. 

Haqqin.az-dan xatırlatma: Məlum olduğu kimi, Sergey Çemezov Prezident Putinin yaxın çevrəsinə daxildir və 2014-cü ildə Krımın ilhaqından sonra ABŞ-ın sanksiyalarına məruz qalıb. Rusiyanın Ukraynaya hücumundan sonra isə Çemezova qarşı sanksiyalar genişləndirilib. O da məlumdur ki, bu ilin martında milyarderin super yaxtası İspaniya sahillərində saxlanılıb.

 

Samvel Karapetyan da Kremlə yaxındır, lakin o, ABŞ-ın sanksiyalar siyahısına salınmayıb. 

 

Yevtuşenkova gəlincə, Böyük Britaniya və Avstraliya ona qarşı sanksiyalar tətbiq edib.

 

“The New York Post” yazır ki, Baydenin oğlunun Rusiyaya səfəri Obama administrasiyasının Rusiya ilə münasibətlərin “yenilənməsini” elan etməsindən sonra baş verib. Ancaq bildiyiniz kimi, ikitərəfli “yenidən başlama” uğursuz oldu və sonradan  ABŞ və Rusiya arasında münasibətlər daha da pisləşdi.

 

Amerika nəşri qeyd edir ki, ABŞ-ın hazırkı Prezidenti sələfi Donald Trampı dəfələrlə Rusiya ilə “şübhəli” əlaqələrdə ittiham edib. İndi isə taleyin ironiyası kimi məlum olur ki, onun oğlu rusiyalı milyarder oliqarxlarla nəinki gizli danışıqlar aparıb, onlarla həm də ortaq biznes qurmağa cəhd edib.

 

Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.