
Rusiya Prezidenti Vladimir Putin iyunun 29-da Aşqabadda Xəzər Sammitində iştirakı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti İbrahim Rəisi ilə ikitərəfli görüşlər keçirəcək.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bu gün keçirdiyi brifinqdə deyib.
Y.Uşakov bildirib ki, Rusiya liderinin sammitdə iştirak nəzərdə tutulur: “Sammit başa çatdıqdan sonra prezidentimiz Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti İbrahim Rəisi ilə ikitərəfli görüşlər keçirəcək”.