
“50-dən çox erməni hərbçisi dövlətə xəyanətdə ittiham olunur”.
Senzor.az “Sputnik Armeniya”ya istinadən bildirir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan onlayn mətbuat konfransı zamanı deyib.
O, vəziyyəti, yumşaq desək, absurd adlandırıb.
“Bütün bu illər ərzində ordunun şərəfinə badələr qaldırmış, tostlar demişik, indi baş verənlər isə - bir-birinin ardınca qaldırılan cinayət işlərini nəzərdə tuturam... Sən demə, bizim üçün koordinatları tərtib edən şəxs Azərbaycan kəşfiyyatına işləyib və bizə yanlış koordinatlar verib", - deyə Paşinyan bildirib. 
Baş nazir tələb olunan 20 km əvəzinə cəmi 10 km atan mərmilərin alınmasını da belə xəyanət hesab etdiyini söyləyib.
Paşinyan həmçinin əlavə edib ki, 44 günlük müharibəyə qədər o, 2016-cı ilin aprel eskalasiyası hallarına aydınlıq gətirə bilmədiyi kimi, Ermənistan ordusunun 2018-ci ildən qabaq, yəni onun hakimiyyətə gəlməsindən xeyli əvvəl mövcud olmuş problemlərindən də danışa bilməzdi. Və indi onu 2020-ci il müharibəsinin qarşısını ala bilməməkdə və ya bunu istəməməkdə suçlamaq, Paşinyanın nöqteyi-nəzərincə, heç bir məntiqə sığmır...
Senzor.az