![]()
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Madriddə NATO sammiti çərçivəsində amerikalı həmkarı Cozef Baydenlə görüşü başa çatıb.
Senzor.az xarici KİV-ə istinadən bildirir ki, görüş 1 saat 10 dəqiqə davam edib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan görüşlə bağlı iyunun 30-da mətbuat konfransı keçirəcək.
**20:34
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Co Bayden arasında görüş keçirilir.
Senzor.az Türkiyə KİV-ə istinadən bildirir ki, görüş NATO Liderlər Zirvəsi çərçivəsində baş tutub.
Prezident Ərdoğan, “NATO-nun güclənməsi üçün atılacaq addımlar Rusiya-Ukrayna prosesinə xüsusi töhfə verəcək” deyib.
Ərdoğan Baydenlə görüşündə taxıl dəhlizi ilə bağlı da müzakirə aparıb: “Prosesi balans siyasəti ilə həll etməyə çalışırıq. Ümid edirik ki, bu siyasətlə nəticə əldə edəcəyik”.
Cozef Bayden, öz növbəsində, Türkiyə Prezidentinə Ukrayna taxılının ixracını təmin etmək səylərinə, habelə İsveç və Finlandiyanın NATO-ya üzvlük müraciətlərini dəstəklədiyinə görə təşəkkür edib.