Ərdoğan Yunanıstanın Baş nazirinə xəbərdarlıq etdi: "ÖZÜNƏ ÇƏKİ-DÜZƏN VER"

“NATO Zirvəsində bütün liderlərin “Vasitəçi olaq, sizi Yunanıstanla bir araya gətirək” təklifi oldu. Biz isə “Üzrlü sayın, hələlik buna ayıracaq vaxtımız yoxdur” dedik”.

 

Senzor.az bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İspaniyanın paytaxtı Madriddə keçirilən NATO Sammitindən sonra türkiyəli jurnalistlərin suallarını cavablandırarkən deyib.

 

“Yunanıstanın başında duran zatın münasibəti artıq bəlli olub. Bu münasibət qarşısında da bəzi vasitəçiləri işə salırlar”, - dövlət başçısı söyləyib.

 

Türkiyə liderinin sözlərinə görə, Yunanıstanın Egey dənizindəki adaları silahlandırması ortadadır: “Digər tərəfdən, hava məkanımızı daim pozurlar. İndi bizimlə razılaşmaq istəyən hava məkanımızı pozaraq bizi təxribata çəkərmi? Hələ üstəlik adalara da gedir. Oradan beton sığınacaqlar tikərək, çuxurlar qazaraq siqnal verməyə çalışır. Onun yaxşı niyyəti yoxdur. Əgər yaxşı niyyəti olsaydı, bu addımları atmazdı. Bütün bunları o etdiyi üçün, üzrlü saysın, biz bu il Yüksək Səviyyəli Strateji Şuranın iclasını keçirə bilmərik və keçirməyəcəyik. O artıq indi Türkiyədəki prosesləri gözləməlidir. Qoy özünə çəki-düzən versin. Özünü yığışdırmayandan sonra bir araya gəlməyimiz mümkün deyil”.

 

R.T.Ərdoğan onu da deyib ki, Türkiyə balanslı siyasət yeritməyin tərəfdarıdır və bu siyasəti bundan sonra da davam etdirəcək.

 

“İndi bizim Rusiya ilə əlaqələrimiz var. Bu gün bizim istifadə etdiyimiz təbii qazın, təxminən, 40 faizi Rusiyadan gəlir. Digər tərəfdən, nüvə enerjisi ilə bağlı işlər görülür. Həmçinin bizim müdafiə sənayəsi ilə bağlı da təmaslarımız var. Bu mövzular bizi yaxınlaşdırır. Yəni biz həm Rusiya, həm də Ukrayna ilə təmaslarımızı davam etdirəcək və balanslı siyasət yeridəcəyik. İstəyirik ki, xarici siyasətimiz bundan sonra da ziyan görməsin”.

 

Türkiyə lideri yeni antiterror əməliyyatına başlaya biləcəklərini də istisna etməyib: “Məlumdur ki, bir tərəfdən İraqın şimalındakı əməliyyatlar, digər tərəfdən isə Suriyanın şimalındakı əməliyyatlarımız davam edir. Afrində də işlər görürük. Əlbəttə, şəhidlərimiz də olur, amma hər şəhid qarşılığında 10 terrorçu məhv edilir. İndi də hərəkat davam edir. Amma, əlbəttə, indiyədək görülən işlərdən daha çox gözləntilər var. Bunu bilirəm. Bir az səbrli olsaq, indi həyata keçirdiyimiz əməliyyatların fövqündə bir əməliyyata da tam zamanında başlaya bilərik”.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.