Azərbaycan İrandan Qarabağa gedən yük maşınlarını yoxlamağa başlayıb - POLİS HƏRƏKƏTƏ KEÇDİ

Bu gündən etibarən Azərbaycan polisinin Gorus-Qafan yolunun Azərbaycandan keçən hissəsində qurulan postunda İrana məxsus yük maşınlarının yoxlanılmasına başlanılıb.
 
Bu barədə məlumatı Ermənistan Milli Təhlükəsizlik Xidməti yayıb. Bildirilib ki, Azərbaycan polisi bu gün saat 12:00-dan başlayaraq, İrandan gələn yük maşınlarını yoxlayır.
 
Bildirilir ki, buna səbəb İrandan gələn yük maşınlarının sonradan erməni nömrəsini taxaraq, Laçın dəhlizindən keçməklə Xankəndiyə getməsidir.
 
Qeyd edək ki, 11 avqust-10 sentyabr tarixlərində İrana məxsus 58 yük maşınının qanunsuz olaraq Qarabağa daxil olduğu, onlardan 55-nin geri qayıtdığı, 3 yük maşınının isə hələ də Xankəndidə olduğu haqda məlumat yayılıb. Məlumatı təsdiqləyən foto və videolardan da görünür ki, İran yük maşınları pərdələnmək üçün erməni nömrələrindən istifadəyə çalışırlar.
 
Bu yük maşınlarının Xankəndiyə nə daşıdığı və nə üçün bu qabubsuzluğun edildiyi bəlli olmasa da, Azərbaycan MN artıq bu gün Rusiya sülhməramlı komandanlığına 10 noyabr 2020-ci il üçtərəfli bəyanatına uyğun davranması, İran maşınlarının Qarabağa buraxılmaması üçün müraciət edib.
 
Axar.az xatırladır ki, Gorus-Qafan yolunun Azərbaycan ərazisindən keçən hissəsində polis postu bir müddət öncə qurulmuşdu. Onun Eyvazlı yaxınlığında olduğu qeyd edilib.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.