Masallıda saxta COVID-19 sənədi verən feldşerə cinayət işi açıldı

Masallı rayonunun Sığdaş kəndində ölkə ərazisində olmayan bəzi şəxslərin qanunsuz olaraq COVID-19 əleyhinə I doza vaksinasiya olunmaları barədə daxil olmuş material əsasında Masallı Rayon Prokurorluğunda araşdırma aparılıb.
 
Prokurorluqdan senzor.az-a  verilən məlumata görə, araşdırma ilə Masallı Rayon Mərkəzi Xəstəxanasının feldşeri Ziyafət Ağababayev tərəfindən rayonun Sığdaş kəndinin bəzi sakinlərinin ölkə ərazisindən kənarda olmalarına baxmayaraq onlara vaksin vurulmadığı halda COVID-19 əleyhinə I doza vaksinasiya olunması və bu barədə saxta sənədlərin tərtib edilməsinə əsaslı şübhələr müəyyən edilib.
 
Faktla bağlı Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanılıb.
 
Hazırda yuxarıda göstərilən cinayət əməllərinin törədilməsində hər hansı formada iştirak etmiş şəxslərin müəyyən edilməsi məqsədilə intensiv istintaq hərəkətləri davam etdirilir.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.