Tbilisidə etirazlar başladı - FOTO

Oktyabrın 4-də Gürcüstanda keçirilən yerli seçkiləri boykot edən müxalifət partiyalarının nümayəndələri Tbilisinin mərkəzi Rustaveli prospektində mitinq keçirirlər.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, mitinqə bəzi bölgələrdən iştirakçılar, eləcə də tələbələr qatılır. Tbilisinin bəzi ərazilərindən yürüşlə aksiyaya qoşulanlar da var. Rustaveli prospektində avtomobillərin hərəkəti məhdudlaşdırılıb.

 

Aksiyanın əsas səhnəsi Azadlıq meydanında, Tbilisi Şəhər Şurasının binası qarşısında quraşdırılıb.

 

Təşkilatçılardan biri olan “Rustaveli prospekti” hərəkatının lideri Paata Burçuladze deyib ki, aksiyada qətnamə qəbul ediləcək və həmin andan hakimiyyət xalqın əlində olacaq.

 

Ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib. İctimai təhlükəsizliyin qorunmasına əlavə polis qüvvələri cəlb olunub.

 

Mitinq hələlik dinc şəraitdə davam edir.

  

Qeyd edək ki, Gürcüstanın Daxili İşlər Nazirliyi təşkilatçıları və iştirakçıları aksiyanı qanunla müəyyən edilmiş çərçivədə keçirməyə çağırıb. İstənilən qanun pozuntusuna müvafiq hüquqi cavabın veriləcəyi bildirilib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.