Vahid Əhmədov: Nəcməddin Sadıkov Füzuliyə getməyimə imkan vermirdi
VİDEO

"Biz Silahlı Qüvvələrin Baş Qərargah rəisi Nəcməddin Sadıkova Azərbaycan dilində danışmağı öyrədə bilmədik. Nəcməddin Sadıkovun Rusiyaya bağlılığını mən hələ 1993-cü ildən bilirdim".

 

Milli Məclisin keçmiş deputatı Vahid Əhmədov bu fikirləri “Media Türk TV”nin efirində səsləndirib. 

 

V.Əhmədov qeyd edib ki, mərhum prezident Heydər Əliyevin göstərişi ilə Füzuliyə gedərkən onların maşını həmin bölgəyə buraxılmayıb - buna N.Sadıkovun adamları imkan verməyib və Füzulidə ermənilərin olduğunu bildiriblər: “Onlara dedim ki, məndə başqa məlumat var - Füzulidə erməni yoxdur. Soruşdum ki, bunu sizə kim deyib, cavab verdilər Nəcməddin Sadıkov. Çağırdılar, gəldi. Mənə məruzə etdi ki, bəs orada ermənilər var”. 

 

Vahid Əhmədov qeyd edib ki, idddialara baxmayaraq o, Füzuliyə gedib və yolboyu hərbçilərin Füzulidən çıxdığını görüb: “General Zaur Rzayev də yanımda idi. Maşını saxlatdırdım, soruşdum ki, niyə qayıdırsınız? Bildirdilər ki, bizə deyiblər ki, Füzulidə ermənilər var”. 

 

“Füzuliyə gedəndən sonra gördük ki, orada nə erməni var, nə azərbaycanlı. Gedib oturdum icra başçısının otağında, su içdim. Xəbər aldım ki, heç kim yoxdur - həmin əraziləri tamamilə boşaldıblar. Sonra getdik Cəbrayıla. Orada da post yaradılmışdı, həmin postda da Nəcməddinin adamları var idi. Yenə bizə deyirdilər ki, Cəbrayılda erməni var. Amma getdik İcra hakimiyyətinə, dedim görürsünüz də, burada bir nəfər də erməni yoxdur. O vaxtdan başa düşdüm ki, kəndlərin boşaldılması Rusiyanın işidir” – deyə sabiq deputat bildirib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.