Tramp Ərdoğana zəng etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla amerikalı həmkarı Donald Tramp arasında telefon danışığı olub.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidmətindən məlumat verilib.

 

Qeyd olunub ki, Trampın təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı Türkiyə ilə ABŞ arasında ikitərəfli əlaqələr və Qəzzadakı vəziyyət müzakirə edilib.

 

Ərdoğan Vaşinqtona səfərinin Türkiyə-ABŞ əlaqələrini daha da gücləndirdiyini və iki ölkə arasında bütün sahələrdə, xüsusilə müdafiə sənayesi sahəsində əməkdaşlığı möhkəmləndirmək üçün addımların atılmasının vacib olduğunu bildirib.

 

O, Türkiyənin Qəzza başda olmaqla bütün regionda sülh və əmin-amanlığın təmin edilməsi üçün sıx səylər göstərdiyini və bu məqsədə yönəlmiş təşəbbüsləri alqışladıqlarını bildirib.

 

Prezident Ərdoğan Türkiyənin sülh üçün diplomatik səylərini sürətləndirdiyini və qlobal sülhə töhfə verməyə davam edəcəyini vurğulayıb. O söyləyib ki, İsrailin hücumlarına son qoyulması regionda sülhün bərqərar olmasına yönəlmiş təşəbbüslərin uğuru üçün çox vacibdir.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.