ABŞ Prezidenti Donald Tramp radikal Fələstin hərəkatı HƏMAS-ın Amerikanın təklif etdiyi anlaşmanın şərtləri ilə oktyabrın 5-nə kimi razılaşmalı olduğunu bildirib.
Senzor.az bildirir ki, bu barədə Tramp özünün "Truth Social" hesabında yazıb.
“Razılaşma oktyabrın 5-nədək əldə olunmalıdır. Bütün ölkələr sazişi imzalayıb! Bu son şans reallaşmasa, HƏMAS heç kimin görmədiyi cəhənnəmlə üz-üzə qalacaq”, – Tramp qeyd edib.