Tbilisidəki son iğtişaşlarda həbs olunanların sayı 35-ə çatıb
YENİLƏNİB, VİDEO/ FOTO


Gürcüstanın hüquq-mühafizə orqanları oktyabrın 4-də Tbilisidə baş verən hadisələrlə bağlı indiyədək 35 nəfəri saxlayıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Gürcüstanın daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidze brifinqdə deyib.

 

Onun sözlərinə görə, saxlanılanlar arasında həm mitinqin təşkilatçıları, həm də qanunsuz və zorakılıq hərəkətləri edən iştirakçılar var.

 

İstintaq zamanı əldə edilən sübutlar göstərir ki, oktyabrın 4-də saxlanılan şəxslər aksiya təşkilatçıları ilə birlikdə Prezident sarayının hasarını sındıraraq içəri girməyə cəhd ediblər.

 

"Gürcüstan Daxili İşlər Nazirliyinin Baş Kriminal Polis Departamenti bu il oktyabrın 4-də Tbilisidə baş vermiş kriminal hadisələrlə bağlı fəal araşdırmanı davam etdirir", - məlumatda deyilir.


**10:28(05.10.2025)


Oktyabrın 4-də Tbilisidə keçirilən mitinqdə 32 polis əməkdaşı xəsarət alıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

 

Qeyd olunub ki, 30 polis əməkdaşı yüngül xəsarət alıb, bir nəfər orta ağır, digəri isə ağır şəkildə yaralanıb. Hazırda həkimlər ağır yaralanan şəxsin vəziyyətini sabit qiymətləndirirlər.

 

Daha əvvəl Gürcüstan Səhiyyə Nazirliyi iğtişaşlar nəticəsində 21 hüquq-mühafizə orqanı əməkdaşının xəsarət aldığını bildirmişdi.

 

Onlardan əlavə 6 nəfər aksiya iştirakçısının da xəsarət aldığı deyilir. 

 

**01:25 


Tbilisidəki iğtişaşlar zamanı azı 21 polis və 6 aksiya iştirakçısı xəsarət alıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Gürcüstan Səhiyyə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

 

"4 oktyabr tarixində Tbilisidə baş verən hadisələr nəticəsində 6 aksiya iştirakçısı və 21 hüquq-mühafizə orqanı əməkdaşı xəsarət alıb. Təcili yardım briqadaları onları tibb müəssisələrinə çatdırıb", - məlumatda bildirilib.

 

Qeyd edək ki, daha əvvəl aksiyalar nəticəsində 14 polis əməkdaşının yaralandığı açıqlanmışdı. Gürcüstanın Baş naziri İrakli Kobaxidze isə 15 polis əməkdaşının, 6 etirazçının yaralandığını bildirmişdi.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.