Bakıda arvadını öldürən hakim məhkəmə qarşısında BAXIŞ İCLASI AVQUSTUN 26-da OLACAQ

Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını öldürməkdə təqsirli bilinən Sabunçu Rayon Məhkəməsinin sabiq hakimi Fəqan Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
 
Senzor.az-ın məlumatına görə, işə hakim Telman Hüseynovun sədrliyi ilə baxılıb.
 
Hazırlıq iclası zərərçəkmiş tərəfin hüquqi varisi olmadan keçirilib.
 
Prosesdə Fəqan Əhmədovun anket məlumatları dəqiqləşdirilib.
 
Daha sonra dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən şəxs barəsindəki həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılaraq, cinayət işinin məhkəmə baxışına verilməsini istəyib.
 
Fəqan Əhmədov və vəkilləri prokurorun çıxışına etiraz etməyib və hər hansı vəsatət verməyiblər.
 
Daha sonra məhkəmə müşavirəyə yollanıb. Müşavirədən qayıtdıqdan sonra məhkəmə təqsirləndirilən şəxs barəsindəki həbs qətimkan tədbirini dəyişdirmədən saxlamaqla işi məhkəmə baxışına qəbul edib.
 
Baxış iclası avqustun 26-a təyin olunub.
Qeyd edək ki, Baş prokurorluğun məlumatına görə, bu il mayın 30-da paytaxt sakini Əhmədova Pərvanə Süleyman qızının qəsdən öldürülməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılıb.
 
İstintaqla Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi vəzifəsində işləyən Əhmədov Fəqan Rövşən oğlunun 30 may 2021-ci il tarixdə, saat 23 radələrində Bakı şəhəri Sabunçu rayonu, Nardaran qəsəbəsi, “Ləhiş bağları” adlanan yaşayış massivində birgə yaşadıqları evdə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı özünə məxsus ov tüfəngindən atəş açaraq arvadı Pərvanə Əhmədovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
 
Fəqan Əhmədov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib…





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.