Moskvanın cənub-qərbindəki “Bakinski dvorik” restoranına ötən il hücum edən ermənilərə hökm oxunub.
“Report” xəbər verir ki, Moskvanın Nikulin rayon məhkəməsinin qərarı ilə A.A.Nikoyan, S.M.Nikoyan, A.A.Apreyan, A.P.Petrosyan, N.Ş.Petrosyan, R.K.Saakyan hadisəni törətməkdə (silah qismində vasitələrdən istifadə etməklə xuliqanlıq) təqsirli biliniblər. Onların hər biri cəzasını ümumi rejimli həbsxanada çəkməklə 2 il müddətinə azadlıqdan məhrum edilib.