“Son günlər ərzində Azərbaycanda koronavirusa yoluxma ilə bağlı rəqəmlər yüksəkdir”.
Senzor.az bildirir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov deyib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası departamentinin müdiri Yaqut Qarayeva da bildirib ki, Azərbaycanda son günlərdə yoluxma kəskin sürətdə artır: “Bizim üçün önəmli olan yoluxma əmsalıdır. Təəssüf ki, avqustun 1-də yoluxma 7 faizə yaxın idisə, bu gün 23 faiz yoluxma əmsalı görürük. Bu da 20 gün ərzində ciddi artıma işarə edir”.
Yaqut Qarayeva onu da bildirib ki, hazırda respublikamızda yayılan ştamm “Delta” ştammıdır: “Bu ştammın müalicəsində heç bir fərq yoxdur. Bizim üçün xəstənin klinik vəziyyəti önəmlidir. Bu ştamm səbəb olub ki, belə sürətli şəkildə kəskin artım müşahidə olunub”.