Hepatit virusları hər gün 3500 nəfərin ölümünə səbəb olur
ÜST

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son hesabatında bildirilir ki, hepatit virusları hər gün 3500 insanın ölümünə səbəb olur; bu rəqəmdə Hepatit B virusunun payı 83 faiz, Hepatit C-nin isə 17 faiz təşkil edir.

Təşkilatın hesabatında bildirilir ki, hepatit viruslarının qlobal qurbanlarının sayı getdikcə artır. ÜST hökumətləri dünyada ikinci ən böyük yoluxucu “qatillə” mübarizə aparmaq üçün təcili tədbirlər görməyə çağırıb.


ÜST-nin ötən həftə Portuqaliyada keçirilən Ümumdünya Hepatit Sammiti ilə eyni vaxtda açıqlanan hesabatına görə, 187 ölkədən gələn yeni məlumatlar hepatitindən ölənlərin sayının 2019-cu ildəki 1,1 milyondan 2022-ci ildə 1,3 milyona yüksəldiyini göstərir.


ÜST-nin QİÇS, hepatit və cinsi yolla ötürülən infeksiyalar üzrə qlobal proqramlarının rəhbəri Meq Doherti mətbuat konfransında deyib ki, bunlar həyəcanverici tendensiyalardır.


Hesabatda deyilir ki, bu virusları müalicə edə bilən effektiv və ucuz dərmanlar var. Hepatit B xəstələrinin 2022-ci ilin sonuna qədər cəmi 3 faizi antiviral müalicə alıb. Hepatit C-dən isə yalnız 20 faiz - və ya 12,5 milyon insan müalicə edilib. “Bu nəticələr 2030-cu ilə qədər xroniki hepatit B və C ilə yaşayan bütün insanların 80 faizinin müalicəsi üçün qlobal hədəflərdən xeyli aşağıdır”, -deyə Doherti vurğulayıb.


ÜST-nin rəhbəri Tedros Adhanom Qebreyesus da hesabatın narahatedici mənzərə yaratdığını vurğulayıb. “Hepatit infeksiyalarının qarşısının alınmasında qlobal miqyasda irəliləyişlərə baxmayaraq, ölüm halları artır, çünki hepatitli çox az insan diaqnoz və müalicə alır”, -deyə o əlavə edib.


Hesabatda deyilir ki, yeni Hepatit B infeksiyalarının 63 faizi Afrikanın payına düşür. BMT agentliyi, eyni zamanda, təsirlənmiş ölkələrin ümumi hepatit dərmanlarına kifayət qədər çıxışı olmadığını və çox vaxt lazım olduğundan daha çox pul ödədiyini bildirib.


ÜST-ə görə, bütün hepatit hallarının üçdə ikisi Banqladeş, Çin, Efiopiya, Hindistan, İndoneziya, Nigeriya, Pakistan, Filippin, Rusiya və Vyetnamdadır. ÜST hesab edir ki, 2025-ci ilə qədər bu 10 ölkədə profilaktika, diaqnostika və müalicəyə universal çıxış, Afrika regionunda gücləndirilmiş səylərlə yanaşı, qlobal reaksiyanı yenidən yoluna qoymaq vacib amillərdir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.