Tramp İrana verdiyi 48 saatlıq müddəti artırdı: Hərbi hücum 5 gün təxirə salındı – TEHRAN NƏ DEYİR?
YENİLƏNİB, VİDEO

ABŞ Prezidenti Donald Tramp İranın enerji infrastrukturuna hücumları 5 günlüyə təxirə saldığını açıqlayıb və tərəflər arasında danışıqların davam etdiyini bildirib.

 

Senzor.az-ın məlumatına görə, ABŞ Prezidenti bu barədə "Truth social" platformasında bildirib.

 

Donald Tramp 22 martda İrana 48 saat vaxt vermişdi ki, Hörmüz boğazında gəmilərin maneəsiz keçidini bərpa etsin. Əks təqdirdə, İranın enerji infrastrukturuna dəhşətli zərbələr endiriləcəyini vəd etmişdi.

 

Tehran isə düşmənə eyni şəkildə cavab verəcəyini və Yaxın Şərq bölgəsindəki bütün ABŞ və İsrail enerji infrastrukturunu, informasiya texnologiyaları qurğularını və duzsuzlaşdırma qurğularını qanuni hədəf hesab edəcəyini bildirmişdi. İran hakimiyyəti, həmçinin ABŞ sahildə və ya İran adalarında quru əməliyyatı keçirmək qərarına gələrsə, bütün Fars körfəzini minalamaqla hədələmişdi.

 

Donald Tramp İranın enerji infrastrukturuna hücumu təxirə salmaq qərarın belə şərh edib: "Məmnuniyyətlə bildirirəm ki, ABŞ və İran İslam Respublikası son iki gündə Yaxın Şərqdə hərbi əməliyyatların tam və qəti şəkildə dayandırılması ilə bağlı çox yaxşı və məhsuldar müzakirələr aparıblar. Həftə ərzində davam edəcək bu dərin, ətraflı və konstruktiv müzakirələrin gedişatına və tonuna əsaslanaraq qərar verdim. Bu kontekstdə, davam edən görüşlərin və müzakirələrin uğurla başa çatması şərtilə, Müdafiə Nazirliyinə İrandakı elektrik stansiyalarına və enerji infrastrukturuna edilən hər hansı bir hərbi hücumu 5 gün təxirə salmağı tapşırdım".

 

“Tasnim” xəbər agentliyi isə İranın təhlükəsizlik orqanlarındakı yüksək vəzifəli mənbəyə əsasən bildirib ki, “Tramp İrana qarşı kritik infrastruktur obyektlərinə hücum planlarından, İranın hərbi təhdidlərinin real və ciddi xarakter alması səbəbindən imtina edib”.

 

Qeyd olunub ki, ABŞ daxilində və Qərbdə maliyyə bazarlarının təzyiqi, həmçinin istiqraz bazarına yönəlmiş risklər də bu geri addımda mühüm rol oynayıb.

 

O da bildirilib ki, “heç bir danışıqlar aparılmayıb və hazırda da aparılmır”.


**10:00 (22.03.2026)


ABŞ Prezidenti Donald Tramp 48 saat ərzində Hörmüz boğazı gəmilərin sərbəst keçidi üçün tam açılmayacağı təqdirdə, İranın elektrik stansiyalarına zərbələr endirməyə hazır olduğunu bəyan edib.

 

Müvafiq paylaşım Amerika liderinin "Truth Social" şəbəkəsindəki səhifəsində yerləşdirilib.

 

"Əgər İran indidən etibarən 48 saat ərzində Hörmüz boğazını tam şəkildə, heç bir təhlükə olmadan açmazsa, ABŞ zərbə endirəcək və ən böyüyündən başlayaraq onların çoxsaylı elektrik stansiyalarını məhv edəcək!" - məlumatda bildirilib.

 

İranın "Xatəm əl-Ənbiya" Mərkəzi Qərargahının rəsmi nümayəndəsi martın 11-də bildirib ki, Tehran Hörmüz boğazı vasitəsilə ABŞ və onun müttəfiqləri ilə əlaqəli hər hansı yanacaq yüklərinin daşınmasına imkan verməyəcək. Bu strateji əhəmiyyətli su yolu vasitəsilə bütün dünya üzrə neft ixracının təxminən beşdə biri həyata keçirilir. Martın 15-də İran tərəfi xəbərdarlıq edib ki, düşməni geri çəkilməyə məcbur etmək üçün bütün mövcud vasitələrdən, o cümlədən Hörmüz boğazında gəmiçiliyə nəzarətdən istifadə etməyə hazırdır.

 

“Report” xatırladır ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.