Ağcabədidə liki maşın toqquşdu: Sürücülərdən biri öldü, digəri reanimasiyadadır
FOTO

Ağcabədidə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

“Qafqazinfo” xəbər verir ki, qəza rayonun Hindarx qəsəbəsində qeydə alınıb.

 

Belə ki, 1987-ci il təvəllüdlü qəsəbə sakini Şaiq Ələsgərovun idarə etdiyi “Mercedes” markalı avtomobillə 1996-cı il təvəllüdlü Bayram İsmayılovun idarə etdiyi “Hyundai” toqquşub.

 

Hadisə nəticəsində Ş. Ələsgərov aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib. Digər sürücü B. İsmayılov isə ağır vəziyyətdə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

 

Faktla bağlı araşdırma aparılır.

***

Ağcabədi Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, qəzada xəsarət alan 1996-cı il təvəllüdlü kişi Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub: “Ona kəllə-beyin travması, başın ara səthinin cırılmış yarası və sol bud sümüyünun sınığı diaqnozu təyin olunub. Hazırda pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti orta-ağır olaraq qiymətləndirilir”.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.