SEPAH ABŞ bazalarına ilk dəfə "ZÜLFÜQAR" raketi ilə zərbələr endirdi
VİDEO

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) regiondakı ABŞ bazalarına zərbələr endirmək üçün ilk dəfə bərk yanacaqlı "Zülfüqar" ballistik raketlərindən istifadə olunduğunu bəyan edib.

 

SEPAH-ın müvafiq bəyanatını "Mehr" agentliyi yayıb.

 

"Gerçək vəd - 4" əməliyyatı çərçivəsində həyata keçirilən 76-cı və 77-ci hücum dalğaları zamanı SEPAH regiondakı Amerika maraqlarına və bazalarına zərbələr endirmək üçün ilk dəfə bərk yanacaqlı "Zülfüqar" raketlərindən istifadə edib", - məlumatda bildirilib.

 

Məlumata görə, raketlər ABŞ-ın "Əl-Dafra" (BƏƏ), "Viktoriya" (İraq), ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanmasının qərargahı (Bəhreyn), "Ali əs-Salem" (Küveyt) və "Əl-Xarc" (Səudiyyə Ərəbistanı) bazalarını "uğurla vurub".

 

"Zülfüqar" - hədəfləri 300-700 km məsafədə vurmağa qadir olan, İranın istehsal etdiyi bərk yanacaqlı yaxınmənzilli ballistik raketdir. Açıq mənbələrdəki məlumata görə, bəzi modellər hədəfə son yaxınlaşma zamanı operatorlara raketləri idarə etməyə imkan verən optik nişanalma sistemləri ilə təchiz edilib.

 

Daha əvvəl ABŞ Prezidenti Donald Tramp cari danışıqlar çərçivəsində Vaşinqtonla Tehran arasında razılaşmalar əldə olunacağı təqdirdə, Hörmüz boğazının dərhal açılacağına əminliyini ifadə etmişdi. Onun sözlərinə görə, Vaşinqton Tehranla Yaxın Şərqdəki münaqişənin "tam nizamlanması" barədə "çox yaxşı" danışıqlar aparıb. Öz növbəsində, İran iddia edir ki, ABŞ ilə birbaşa təmas olmayıb.

 

 


 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.