Türkiyənin xarici işlər naziri 7 ərəb dövlətinin səfirləri ilə danışıqlar apardı – QAPALI GÖRÜŞ

Türkiyənin xarici işlər naziri Hakan Fidan martın 23-də Ankarada Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrin səfirlərini və İordaniyanın diplomatik nümayəndəliyinin rəhbərini qəbul edib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, görüş mətbuat üçün qapalı formatda keçirilib.

 

Bundan əvvəl, bazar ertəsi günü Hakan Fidanla Misir, Pakistan və Norveçin xarici işlər nazirləri arasında telefon danışığı olub. Danışıqlar zamanı İran ətrafındakı münaqişənin hazırkı vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılıb, regionda deeskalasiyanın yaxınlaşdırılması istiqamətində addımlar müzakirə olunub.

 

Sülh diplomatiyası çərçivəsində Türkiyənin xarici işlər naziri martın 18-də Ər-Riyada, 19-da Dohaya, 20-də isə Əbu-Dabiyə səfər edib.

 

Körfəz Əməkdaşlıq Şurasına 6 ölkə – Qətər, Səudiyyə Ərəbistanı, BƏƏ, Küveyt, Oman və Bəhreyn daxildir.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.