“Tarixi Yerlər və Abidələr” adlı III Beynəlxalq Ağsu Simpoziumu keçirilir
FOTO
Ağsuda Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin "Orta əsr Ağsu şəhəri" Dövlət Tarix-Mədəniyyət Qoruğu, “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi, Gürcüstan Qafqaz İrsi Tədqiqat İnstitutu, İtaliya YOCOCU Assosiasiyası və Ağsu Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə professor Kamil İbrahimovun xatirəsinə həsr olunan “Tarixi Yerlər və Abidələr” adlı III Beynəlxalq Simpozium keçirilir.
 
Simpoziumun açılış mərasimində Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qoruqlarla İş üzrə sektor müdiri Mahir Qəhrəmanov, Ağsu Rayon İcra Hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Sevil Mirzəliyeva, Ağsu arxeoloji ekspedisiyasının rəisi professor Qafar Cəbiyev, Azərbaycan Texniki Universitetinin İctimai fənlər kafedrasının müdiri professor Şikar Qasımov, Azərbaycan Milli Elmlər Akademiyası, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, Ağsu Heydər Əliyev Mərkəzi, “Atəşgah Məbədi” Dövlət Tarix-Mədəniyyət Qoruğu, "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu və digər elmi-tədqiqat müəssisələrinin əməkdaşları iştirak edirlər.
 
AZƏRTAC xəbər verir ki, iştirakçılar Ağsu şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini və Şəhidlər xiyabanını ziyarət ediblər. Açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Şəhidlərimizin və Kamil İbrahimovun xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 
Tədbiri "Orta əsr Ağsu şəhəri" Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Fariz Xəlilli açaraq, simpozium haqqında məlumat verib. O, qoruğun Ağsu elm və təhsil təşkilatlarına inteqrasiya olunması ilə bağlı görülən işlərdən danışıb, qoruq əməkdaşlarının tarix fənni ilə əlaqədar fəaliyyətlərdə yaxından iştirak etmək istədiklərini bildirib.
 
Ağsu rayon Tədris Mərkəzinin direktoru Güvənc Mirzəxanov simpozium iştirakçılarına mərkəzin yaradılması, əsas məqsədləri barədə məlumat verib. "Orta əsr Ağsu şəhəri" Dövlət Tarix-Mədəniyyət Qoruğunun Ağsunun həm yerli, həm də beynəlxalq aləmdə tanıdılmasındakı rolunu vurğulayıb.
 
Sonra simpozium iştirakçıları mərhum tarixçi alim Kamil İbrahimovun həyat və fəaliyyətindən bəhs edən filmi izləyiblər.
 
Alimin həyat yoldaşı İlhamə İbrahimova simpoziumun təşkilatçılarına təşəkkür edib.
 
Ağsunun zəngin tarixi yerləri və abidələrinin araşdırılmasının son illərin mühüm hadisəsi olduğunu bildirən Ağsu Rayon İcra Hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Sevil Mirzəliyeva bu işlərin Prezident İlham Əliyev tərəfindən "Orta əsr Ağsu şəhəri" Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılması ilə öz qiymətini aldığını deyib. Bu gün həmin tarixi məkanda Ağsunun çox sayda ziyalısının işlədiyini, Orta əsr Ağsu şəhəri, Şıxməzid xanəgahı və Şeyx Dursun türbəsi kimi abidələrin timsalında abidələrin qorunduğunu, onların arxeoloji, epiqrafik, etnoqrafik baxımdan araşdırıldığını, sənədləşdirilməsini təşkil olunduğunu qeyd edib. O, Ağsunun UNESCO-nun İpək Yolu şəhərləri siyahısına salınması üçün aparılan işlərin təqdirəlayiq olduğunu vurğulayıb.
 
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qoruqlarla iş üzrə sektorunun müdiri Mahir Qəhrəmanov çıxışı zamanı "Orta əsr Ağsu şəhəri" Dövlət Tarix-Mədəniyyət Qoruğunun araşdırmalarını daha geniş aspektdə aparmasını, həm turist və ziyarətçilərin cəlb olunması üçün digər xidmət sahələrinin yaradılması istiqamətində işlərin davamlı olmasını arzu etdiyini bildirib. M.Qəhramanov indiyə qədər Ağsuda Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Kərpic memarlığı” respublika konfransı, “Avrasiya Arxeologiyası” beynəlxalq konfransı, “Mədəni İrsin Konservasiyasında Gənclər” beynəlxalq konfransı, konservasiya üzrə praktiki kurslar, Şeyx Dursun türbəsində İtaliya bərpaçıları ilə konservasiya təlimi kimi maraqlı tədbirlərin həyata keçirildiyini qeyd edib. Belə elmi tədbirlərin turist ziyarətlərinin yerli və beynəlxalq səviyyədə təmin olunmasında böyük rol oynadığını vurğulayıb.
 
Simpoziumda çıxış edən Ağsu arxeoloji ekspedisiyasının rəisi Qafar Cəbiyev Kamil İbrahimov haqqinda xatirələrini bölüşüb, ekspedisiyanın apardığı qazıntı işlərindən bəhs edib. O, Qarabağ tarixinin azərbaycanlı alimlər tərəfindən araşdırılmasından və erməni saxtakarlıqlarından da söz açıb.
 
Tədbirdə “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin ictimailəşdirdiyi “Tarixi İpək yolunun dirçəldilməsi” layihəsi haqqında məlumat verilib. Bildirilib ki, qədim və orta əsrlər dövründə Şamaxı və Ağsu arasındakı Ortabulaq yolu məhz həmin tarixi İpək yoludur. Bu yol arxeoloji, etnoqrafik və aqroturizm baxımdan mühüm əhəmiyyət kəsb edir. Ətrafında Qazan arxı, Pir Bəxtiyar türbəsi, Cavanşir yaşayış yeri, Şeyx Dursun türbəsi, Kələxana türbələri, Nərgizava nekropolu kimi abidələrin yerləşdiyi bu tarixi yol Ağsu dolaylarından 15 kilometr qısa və təhlükəsizdir.
 
Azərbaycan Texniki Universitetinin professoru Şikar Qasımov "Orta əsr Ağsu şəhəri" Dövlət Tarix-Mədəniyyət Qoruğunun fəaliyyətini yüksək qiymətləndirib, adı çəkilən tarixi İpək Yolu layihəsinin əhəmiyyətindən danışıb.
 
Tədbir çərçivəsində Ağsu Tədris Mərkəzi və "Orta əsr Ağsu şəhəri" Dövlət Tarix-Mədəniyyət Qoruğunun kitabxanasına kitablar hədiyyə edilib.
 
Simpozium işini üç gün ərzində, 4 bölmədə MİRAS İctimai Birliyinin Youtube, Ağsu Qoruğunun Facebook və Twitter hesablarında canlı yayım formasında davam etdirəcək.
 
Ağsu Simpoziumunda Azərbaycan, Türkiyə, Rusiya, İran, Makedoniya, İtaliya və Albaniyadan olan alimlərin məruzə və posterləri təqdim olunur.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.