Dünən səhər saatlarında dünyasını dəyişən Xalq artisti, ustad tarzən Ramiz Quliyev bu gün II Fəxri xiyabanda dəfn olunub.
Senzor.az bildirir ki, dəfndən əvvəl mərhumla Beynəlxalq Muğam Mərkəzində vida mərasimi keçirilib.
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xalq artisti Ramiz Quliyevlə vida mərasiminə əklil göndəriblər.
Mərasimdə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, mədəniyyət naziri Adil Kərimli, deputatlar, mədəni-ictimai şəxslər, mərhumun ailə üzvləri, sənət dostları və media mənsubları iştirak ediblər.
Vida mərasimində çıxış edənlər ustad tarzənin mədəni irsinə və şəxsiyyətinə ehtiramlarını ifadə ediblər.