Beynəlxalq axtarışda olan şəxs BƏƏ-də tutularaq
BAKIYA GƏTİRİLDİ

Ədliyyə Nazirliyi tərəfindən xarici dövlətlərin aidiyyəti qurumları ilə beynəlxalq axtarışa verilmiş, cinayət törədilməsində ittiham olunan şəxslərin tutularaq ölkəmizə gətirilməsi ilə bağlı səmərəli əməkdaşlıq tədbirləri davam etdirilir.

 

Senzor.az bildirir ki, oktyabrın 16-da İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilmiş daha bir şəxsin Nazirlik tərəfindən Azərbaycana ekstradisiyası həyata keçirilib.

 

Belə ki, bir sıra şəxslərlə mütəşəkkil dəstə yaradaraq xüsusilə külli miqdarda pul vəsaitlərini (kriptovalyuta) qanunsuz olaraq ölkəmizdən xarici ölkələrə və xarici ölkələrdən Azərbaycan Respublikasına köçürülməsi fəaliyyəti ilə məşğul olmuş və mütəşəkkil dəstə halında cinayət yolu ilə əldə olunmuş xeyli miqdarda əmlakı leqallaşdırma (Cinayət Məcəlləsinin 193-1.3.1, 193-1.3.2 və 206-1.3-cü maddələri) cinayət əməllərini törətməkdə ittiham edilmiş Rusiya Federasiyasının vətəndaşı Sergey Sergeevin yeri Birləşmiş Ərəb Əmirliklərində müəyyən olunub və o, həbs edilib.

 

BƏƏ ilə mövcud olan Ekstradisiya haqqında ikitərəfli müqaviləyə əsasən səlahiyyətli qurum kimi Ədliyyə Nazirliyi tərəfindən müvafiq sorğu və tələb olunan sənədlər qarşı tərəfə təqdim olunub, habelə səmərəli danışıqlar aparılıb. Nəticədə həmin şəxsin ölkəmizə ekstradisiyası ilə bağlı razılıq əldə olunub və S.Sergeev ölkəmizə gətirilərək məhkəmənin həbs qərarına əsasən Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin müvafiq istintaq təcridxanasına yerləşdirilib.

 

Nazirlik tərəfindən bu sahədə lazımi tədbirlər davam etdirilir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.