Ukrayna və Böyük Britaniya arasında “Yüzillik tərəfdaşlıq” sazişi
RƏSMƏN QÜVVƏYƏ MİNİB

Ukrayna və Böyük Britaniya arasında “yüzillik” tərəfdaşlıq haqqında saziş rəsmi olaraq qüvvəyə minib. Bu sənəd iki ölkə arasındakı ittifaqı onilliklərə hesablanmış strateji tərəfdaşlıq səviyyəsində möhkəmləndirir.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ukrayna Ali Radasının sədri Ruslan Stefançuk Facebook sosial şəbəkəsində məlumat verib.

 

R. Stefançukun sözlərinə görə, o, Böyük Britaniya parlamentinin İcmalar Palatasının spikeri Lindsi Hoyla sazişin mətnini, sənədin ratifikasiyası haqqında qanunu və onun qüvvəyə minməsi barədə notanı təqdim edib.

 

“Bu gün Londonda saziş rəsmən qüvvəyə mindi. Bu, ölkələrimiz arasında siyasi etimadın, strateji tərəfdaşlığın və sarsılmaz dostluğun möhkəmlənməsinin tarixi anıdır”, – deyə Stefançuk vurğulayıb.

 

Ali Radanın sədri qeyd edib ki, Kiyev və London uzun illərdir birgə bir çox sınaqlardan keçib və bu gün təkcə Ukraynanın azadlığı uğrunda deyil, həm də Avropanın təhlükəsizliyi və qlobal nizamın qorunması uğrunda mübarizə aparır.

 

“Bu saziş tərəfdaşlığımızın başlanğıcı deyil, onun möhkəmlənməsidir. O, xalqlarımız arasında qarşılıqlı dəstəyi onilliklər boyu təmin edir, təhlükəsizlik sahəsində qarşılıqlı fəaliyyət mexanizmlərini müəyyənləşdirir, müdafiə-sənaye əməkdaşlığını dərinləşdirir, iqtisadiyyat, energetika, təhsil, elm və Ukraynanın bərpası sahələrində əməkdaşlığın yeni mərhələsini formalaşdırır”, – deyə R. Stefançuk əlavə edib.

 

Qeyd edək ki, bu il yanvarın 16-da Ukrayna və Böyük Britaniya yüzillik tərəfdaşlıq haqqında saziş imzalayıb. Sənəd iki ölkə arasında əməkdaşlıq çərçivəsini 100 il müddətinə genişləndirir, təhlükəsizlik, müdafiə, iqtisadiyyat, elm, texnologiya və mədəniyyət sahələrini əhatə edir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.