Rusiya və Suriya prezidentlərinin qapalı danışıqları – NƏLƏR MÜZAKİRƏ OLUNUB?
VİDEO

Rusiya ilə Suriya arasında onilliklər ərzində xüsusi münasibətlər formalaşıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Rusiya Prezidenti Vladimir Putin Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə görüşünün əvvəlində belə deyib.

 

“Rusiyanın Suriya ilə münasibətləri heç vaxt siyasi məqsədəuyğunluq və ya konyunktur maraqlarla bağlı olmayıb”, - Vladimir Putin vurğulayıb.

 

Əhməd Əl Şaraa, öz növbəsində, görüş zamanı Suriyanın hazırkı hakimiyyətinin Rusiya ilə münasibətləri bərpa etməyə cəhd göstərmək niyyətində olduğunu açıqlayıb.

 

“Biz bütün əlaqələrimizi bərpa etməklə və başqa məsələlərlə yanaşı, sizi yeni Suriya ilə tanış etməyə çalışacağıq. İndi ən vacib məsələ əlbəttə ki, sabitlikdir - həm ölkədə, həm də bütövlükdə regionda sabitlik”, - Suriya lideri diqqətə çatdırıb.

 

Onun sözlərinə görə, Rusiya yeni Suriyanın inkişafında “ciddi rol” oynayacaq. Siyasi məqsədlərini irəlilətməyə çalışan Dəməşq başa düşür ki, bu iki ölkəni tarixi tellər bağlayır. Məhz bu baxımdan, Suriyaya müxtəlif sahələrdə yardım göstərən Rusiyanın sözügedən prosesdə mühüm rolu olacaq.

 

Əl Şaraa həmçinin bildirib ki, Suriyanın yeni hakimiyyəti Moskva və Dəməşq arasında əvvəllər imzalanmış bütün sazişlərə hörmət edir və həmçinin ikitərəfli münasibətlərin yeni xarakterini müəyyənləşdirməyə çalışır.

 

“Suriya Prezidenti görüşdə ölkənin keçmiş lideri, Moskvada gizlənən Bəşər Əsədin ekstradisiyasını tələb etmək niyyətindədir. Bundan əlavə, Əhməd Əl Şaraa Rusiyanın Tartusdakı hərbi-dəniz bazası və Xmeymimdəki aviabazasının saxlanması ilə bağlı danışıqlar aparmağı planlaşdırır”, - suriyalı rəsmi mənbəyə istinad edən “Reuters” agentliyi daha əvvəl yazmışdı.

 

Qeyd edək ki, Rusiya və Suriya liderləri arasında danışıqlar bağlı qapılar arxasında keçirilib. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Moskva və Dəməşq digər məsələlərlə yanaşı, “Rusiyanın Suriyada hərbi mövcudluğu”, o cümlədən “Rusiya hərbi obyektlərinin funksionallığının mümkün yenidən qurulması” məsələlərini müzakirə edirlər.

 

...Rusiya Prezidenti Vladimir Putinlə Suriya lideri Əhməd əl-Şaraa arasında danışıqlar iki saat yarım davam edib.

 

Qeyd edək ki, bu, Suriyada hakimiyyət dəyişikliyindən sonra ən yüksək səviyyədə ilk üz-üzə təmas olub.








Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.