Milli Məclisin payız sessiyası üzrə növbəti plenar iclası başlayıb.
Senzor.az bildirir ki, Sahibə Qafarovanın sədrlik etdiyi iclasın gündəliyində "Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi" və "Dəniz Naviqasiya Avadanlıqları üzrə Beynəlxalq Təşkilat haqqında Konvensiya"ya qoşulmaq barədə qanunun layihələri daxil olmaqla 7 məsələ var.