Şuşadakı su nümunələri analiz olunub, içməyə yararlı olduğu qənaətinə gəlinib - AMEA
YENİLƏNİB

Şuşada torpaqlarda aparılan tədqiqatlar göstərdi ki, çirklənmə nəticəsində müəyyən dəyişikliklər var.


APA xəbər verir ki, bunu Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə işçi qrupunun iclasında AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru İradə Hüseynova deyib. O bildirib ki, Topxana meşəsi və ətrafına baxış keçirilib, müəyyən monitorinqlər aparılıb:


"Şuşada ərazisində ilkin monitorinqlərdən biri də radioloji və mikrobioloji istiqamətdə olub. Şuşadan götürülən torpaq, su nümunələri analiz olundu və orada olan içməli suyun kifayət qədər yararlı olduğu qənaətinə gəlindi".

**13:36

Şuşada Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi Qrupun iclası keçirilir.


Yerli KİV xəbər verir ki, iclasda İşçi Qrupunun rəhbəri, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, ETSN-nin Ətraf mühitin və təbii sərvətlərin idarə edilməsi şöbəsinin müdiri Raqub Mirzəyev, ETSN-nin Ekoloji siyasət şöbəsinin Tullantıların idarə olunması sektorunun müdiri Mehman Nəbiyev, FHN-nin Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş İdarəsinin şöbə rəisi Vaqif Fətullayev, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyinin baş məsləhətçisi Elşad İskəndərov, Minatəmizləmə Agentliyinin Operativ Qərargahının rəisi İdris İsmayılov, AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru İradə Hüseynova və digər üzvlər iştirak edirlər.


İclasda Şuşa rayonunun biomüxtəlifliyi və onun tədqiqi, Şuşa şəhərində bərk məişət tullantılarının idarə olunması, işğaldan azad edilmiş ərazilərdə tikinti-söküntü tullantılarının idarə olunması və onlardan xammal kimi təkrar istifadə edilməsi, Şuşa şəhərində yaşıllıqların mühafizəsi və zənginləşdirilməsi perspektivləri, Şuşa şəhərinin və Daşaltı qəsəbəsinin su təchizatının təmin edilməsi məqsədilə Zarıslı çayı üzərində planlaşdırılan su anbarının texniki-iqtisadi əsaslandırma layihəsi, Şuşa yolunun tikintisi işlərində tələb olunan xammal təminatı, həmçinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən tikinti-quruculuq işləri ilə bağlı daxil olan müraciətlər, işğaldan azad edilmiş ərazilərdə yaranan tikinti-söküntü, Kəlbəcər və Laçın rayonlarında tikintisi planlaşdırılan su-elektrik stansiyaları, Şuşa şəhəri ərazisində icra olunan layihələrin ekoloji qiymətləndirilməsi məsələləri müzakirə edilir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.