Çavuşoğlundan İrəvana SOS: YA TƏLƏSMƏLİ, YA DA...
ŞƏRH

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu dünən Ermənistanla münasibət barədə danışıb. O bildirib ki, Ermənistan tərəfindən hələ də konkret addımlar atılmayıb: "Artıq Ermənistan rəhbərliyinin sülh üçün müsbət addımlar atması lazımdır. Sadəcə çıxışlar bəs etmir".

 

Bu həm İrəvəna, həm də bəzi hallarda "suları bulandırmaq" istəyən qüvvələrə, o cümlədən Moskvaya mesajdır. 

 

Regional proseslərin inkişafı baxımından Rusiyanın başının Ukrayna ilə müharibəyə qarışması Türkiyəyə sərf edir. Ona görə də Ankara İrəvanı tələsdirir. Əslində Ermənistan özü də regional əməkdaşlıqda, münasibətlərin normallaşmasında maraqlıdır. Sadəcə Rusiya qorxusu baş nazir Nikol Paşinyana inamlı addımlar atmağa mane olur. Nəticədə proses ləngiyir. Bu mənada Çavuşoğlu əslində həm də daha sürətli addımlar atmaq üçün Ermənistanı təhrik edir.  

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə Tehranda keçirdiyi görüşdə, çox güman, İrəvanla Ankara arasında münasibətlərin normallaşması barədə də fikir mübadiləsi aparıb. Rusiya sözdə əlaqələrin bərpasını dəstəklədiyini deyə bilər. Lakin Kremlin bu məsələdə səmimi olduğu ağlabatan deyil. Bunu Ankara da anlayır. Türkiyədə yaxşı başa düşürlər ki, müharibə başa çatandan sonra Rusiyanın Ermənistana təsir imkanları artacaq və əlaqələrin normallaşması istiqamətində yeni əngəllər yaranacaq. 

 

Türkiyə XİN başçısının açıqlaması əslində həm də "radar" xarakteri daşıyır. Bu, Ermənistana bir növ xəbərdarlıqdır. İrəvan başa düşməlidir ki, əgər indi, ən qısa zamanda Ankara ilə münasibətləri bərpa etməsə, sonra onun üçün çox çətin olacaq. 

İndi, necə deyərlər, "top" Ermənistandadır. Ya fürsəti dəyərləndirərək Türkiyə ilə münasibətlərin normallaşmasına tələsməli, ya da Rusiya qorxusu ilə gözləməlidir. Bu isə Ermənistanın gələcəyi üçün yaxşı nəsə vəd etmir. 

 

Münasibətlərin normallaşması prosesi sürətlənməsə, Türkiyə nəsə itirməyəcək. Ermənistan isə regiondakı gələcəyini təhlükə altına atacaq.

 

Kənan Novruzov,  

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.