Ermənistanın Gümrü şəhərində Rusiyanın 102-ci hərbi bazasının tamamilə çıxarılması tələbi ilə etiraz aksiyası keçirilir.
Senzor.az bildirir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Məlumata görə, hərbi baza yaxınlığında keçirilən aksiyanı “Respublika naminə” Partiyası və onun tərəfdarları təşkil edib.
Etirazçılar Ermənistan hökumətindən Rusiya hərbi bazasının ölkə ərazisindən tamamilə çıxarılmasını tələb edirlər.
Qeyd edək ki, Ermənistanda yerləşən 102-ci Rusiya hərbi bazası 1995-ci ildə yaradılıb və bu günə qədər fəaliyyət göstərir. İlkin olaraq Ermənistanla Rusiya arasında hərbi əməkdaşlıq haqqında saziş 25 il müddətinə bağlanıb.
2010-cu ildə Rusiya prezidenti Dmitri Medvedevin Ermənistana səfəri zamanı müqavilənin müddəti daha 49 il - 2044-cü ilə qədər uzadılıb.
Daha bir məqam. Son aksiyadan əvvəl mətbuatda Ermənistan hakimiyyətinin bazanı bağlamağı planlaşdırdığı barədə xəbərlər yayılıb.