Xarici vətəndaşlar üçün Rusiya Federasiyasının elektron vizalarının etibarlılıq müddəti iki dəfə artırılaraq 120 günə çatdırılıb. Bu viza ilə ölkədə qalma müddəti də iki dəfə - 30 günə qədər artırılıb.
TASS xəbər verir ki, dəyişikliklər 22 avqustdan qüvvəyə minib.
İndiyədək elektron vizanın etibarlılıq müddəti 60 gün, qalma müddəti isə 16 gün idi.
Qayda yalnız birdəfəlik vizalara şamil olunur.