Matviyenko da Mehriban Əliyevanı təbrik etdi

Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.

 

Senzor.az bildirir ki, məktubda deyilir:

 

“Hörmətli Mehriban Arif qızı.

 

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

 

Rusiya Federasiyasında Sizi Azərbaycan Respublikasında və onun hüdudlarından kənarda böyük nüfuza malik təcrübəli və müdrik rəhbər, istedadlı təşkilatçı kimi tanıyırlar.

 

Səmimiyyət və mehribanlıq şəraitində keçən görüşlərimizi məmnuniyyətlə və dərin minnətdarlıq hissi ilə xatırlayıram. Ümidvaram ki, biz gələcəkdə də qarşılıqlı faydalı Rusiya-Azərbaycan əlaqələrinin, o cümlədən parlamentlərarası əməkdaşlığın inkişaf yollarını açıq şəkildə müzakirə etmək, ölkələrimizin maraqlarına cavab verən layihələrin reallaşdırılmasına kömək göstərmək imkanına malik olacağıq.

 

Bu əlamətdar gündə Sizin tükənməz həyat enerjinizə və həqiqətən də müstəsna cazibənizə, həmçinin məsul dövləti vəzifənizdə uğurlu fəaliyyətinizə və qayğıkeş, mehriban həyat yoldaşı və ana rolunu vəhdətdə yaşatmaq bacarığınıza ehtiramımı bildirmək istərdim.

 

Əziz Mehriban xanım! İcazə verin, Sizə dünyanın bütün nemətlərini, möhkəm cansağlığı, uğurlar və yaxınlarınızın dəstəyini arzulayım. Qoy, doğmalarınız Sizi ruhlandıraraq və qoruyaraq həmişə yanınızda olsunlar, evinizdə harmoniya, sevgi və xoşbəxtlik hökm sürsün. Hər yeni gün sizə sevinc, nur, insanlar və ölkəniz naminə gördüyünüz bütün işlərdə dərin məmnunluq hissi gətirsin.

 

Sizə olan ən yüksək ehtiramımı qəbul edin”.

 

Qeyd edək ki, avqustun 26-sı Mehriban Əliyevanın doğum günüdür.

 

Onu da xatırladaq ki, ötən gün Rusiya Prezidenti Vladimir Putin də Mehriban Əliyevaya təbrik məktubu ünvanlamışdı.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.