Əminə Ərdoğan Trampın xanımına məktub göndərdi
ÇAĞIRIŞ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan ABŞ-ın birinci xanımı Melaniya Trampa məktub göndərib.

 

Senzor.az bildirir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

 

Melaniya Trampın Rusiya Prezidenti Vladimir Putinə yazdığı məktubdan “ilhamlandığını” bildirən Ə.Ərdoğan onu Ukraynadakı müharibəyə göstərdiyi həssaslığı Qəzzadakı humanitar böhrana da göstərməyə çağırıb: “Ukraynada kimsəsiz uşaqlara qarşı həssaslığınız ürəklərdə ümid yaradan təşəbbüsdür. Uşaqların mehriban və təhlükəsiz mühitdə böyümək hüququ var.

 

Bu hüquq heç bir coğrafiya, irq, etnik kimlik, dini qrup və ya ideologiyanın imtiyazı deyil. Ona görə də bu hüquqdan məhrum olan məzlumların yanında olmaq, bu kontekstdə böyük məsuliyyət daşıyır.

 

Ukraynada müharibənin dağıdıcı təsirləri altında məhv edilən ailələr və yetim qalan uşaqlara göstərdiyiniz həssaslığı inanıram ki, iki il ərzində 18 mini uşaq olmaqla 62 min günahsız vətəndaşın həlak olduğu Qəzza üçün də göstərəcəksiniz”.

 

Türkiyənin birinci xanımı, həmçinin məsələ ilə bağlı İsrailin Baş naziri Benyamin Netanyahu ilə əlaqə saxlamağa çağırıb və qeyd edib ki, Qəzzadakı vəziyyətin həlli “Fələstin xalqı qarşısında tarixi məsuliyyətə” uyğun olacaq.








Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.