İranın cənub-şərqində naməlum şəxslər iki patrul maşınına atəş açıblar.
Bu barədə İRNA agentliyi məlumat yayıb.
Məlumata görə, azı beş polis əməkdaşı ölüb.
İran tərəfi hadisəni "terror hücumu" adlandırıb.
Bildirilib ki, hücum edənlər cinayət yerindən qaçıblar.
Rəsmi mənbələrin bəyanatına görə, terror aktını həyata keçirənlərin aşkarlanması və təqib edilməsi əməliyyatı təhlükəsizlik qüvvələrinə və hüquq-mühafizə orqanlarına həvalə edilib.