Niderland hökumətində İsrailə qarşı əlavə sanksiyalar məsələsi ciddi böhrana səbəb olub.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, xarici işlər naziri Kaspar Veldkamp sanksiyaların qarşısının alınması üçün istefa verdiyini açıqlayıb.
"Mən Nazirlər Kabinetinin Qəzza və İordan çayının qərb sahilindəki hadisələrə uyğun olan əlavə tədbirlərə qarşı müqavimətini hiss etdim. Mən istefamı təqdim edəcəyəm", - Veldkamp deyib.
Nazir izah edib ki, zəruri hesab etdiyi siyasəti müstəqil şəkildə həyata keçirmək imkanında özünü zəif hiss edir və yaxın aylarda vəziyyətin dəyişəcəyinə inamı yoxdur.
Onun ardınca Yeni Sosial Razılaşma Partiyasından (NSC) olan daha 8 nazir və dövlət katibinin də vəzifələrindən ayrıldıqları bildirilir.