Trampın keçmiş müşavirinin evində AXTARIŞ APARILDI

Federal Təhqiqat Bürosunun (FTB) əməkdaşları ABŞ Prezidenti Donald Trampın keçmiş müşaviri Con Boltonun evində axtarış aparıblar.

 

Senzor.az bildirir ki, bu barədə ABŞ KİV-ləri Prezident Administrasiyasındakı mənbəyə istinadən məlumat yayıblar.

 

"FTB agentləri cümə günü səhər saatlarında Trampın keçmiş milli təhlükəsizlik müşaviri Con Boltonun Kolumbiya dairəsindəki evinə milli təhlükəsizliklə bağlı yüksək səviyyəli araşdırma çərçivəsində basqın ediblər", - o deyib.

 

Araşdırma FTB direktoru Keş Patelin göstərişi ilə aparılır. O, "X" sosial şəbəkəsindəki səhifəsində yazıb: "Heç kim qanundan üstün deyil".

 

Bununla belə, o, 2018-2019-cu illərdə Trampın milli təhlükəsizlik müşaviri olmuş Bolton haqqında araşdırma barədə heç nə bildirməyib.

 

FTB əməkdaşları Con Boltonun işlədiyi Vaşinqtondakı ofisə də baş çəkiblər. Bununla belə, Bolton saxlanılmayıb və hər hansı cinayət məsuliyyətinə cəlb edilməyib. 

 

Xatırladaq ki, Donald Trampın birinci prezidentliyi dövründə Bolton 17 ay ərzində Prezidentin milli təhlükəsizlik müşaviri vəzifəsində çalışıb və sonradan Trampın sərt tənqidçisinə çevrilib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.