Sentyabrın 21-də BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində ABŞ dövlət katibinin müavini Viktoriya Nuland və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında görüş keçirilib.
Senzor.az-ın məlumatına görə, həmin görüşdən sonra Viktoriya Nuland “Tvitter” şəbəkəsindəki akkauntunda Ceyhun Bayramovla görüşünə şad olduğunu qeyd edib və ABŞ-ın Əfqanıstandan təxliyə səylərinin reallaşmasının Azərbaycan tərəfindən dəstəklənməsinə görə ölkəmizə təşəkkürünü bildirib.